“Xəzər” televiziyasında yayımlanan “Bizə danış” verilişində saxtakarlıq üzə çıxıb.
Mynews.az xəbər verir ki, bu barədə BAKU.WS-ə Afaq Natiq adlı jurnalist məlumat verib.
Onun sözlərinə görə, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə qatılan Rəşad və Vüsalə adlı cütlüyün həyat hekayəsi uydurmadır.
“Deyirlər, istəyirik toyumuz olsun. Həyatımda bir dəfə də olsa, gəlinlik geyinim. Halbuki onların toyu olub. Xeyriyyəçi qrup üzvləri olaraq biz toy etmişik. Cehizlik əşyalar, daş-qaşlar, televizor, soyuducu, xonçalar alınıb, pul yazılmışıq. Gəlinlik də geyinib. İndi yalandan orada ağlayır ki, gəlinlik geyinmək arzumdur. Bizim zəhmətimizi yerə vururlar. Onlara ikinci dəfə toy etməkdənsə, həqiqətən, gəlinlik geyinməyən qıza toy edərlər. Niyə camaatı soyurlar yalandan? Toyda nikahları da kəsilib, 7 aydır evlidirlər”, - deyə jurnalist bildirib.
Afaq Natiq dediklərini əsaslandırmaq üçün cütlüyün toyundan fotoları da yollayıb.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub