"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində yer alan azərbaycanlı bəy namizədƏli Əkbər sevgilisi Nurlana ilə ayrılıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, Əli Nurlanadan gözlədiklərini ala bilmədiyini və münasibəti bitirmək istədiyini deyib:
"Onun nə etmək istədiyini başa düşmürəm. Ağlımda bəzi şübhələr var idi ki, bura o niyyətlə gəlib. İndi buna əmin oldum. Mənə qarşı heç nə hiss etmir. Onu boş-boş istəmişəm, olmayacaq nəyəsə məcbur etmişəm. Aradan iki il vaxt keçib. Çox dəyişib, bu da hər şeyə təsir edir. Əvvəl tanıdığım Nurlana deyil. Buna görə də münasibəti davam etdirmək lazım deyil. Buradan durub namizədlər sırasında otursa təəccüblənmərəm. Mənə qarşı heç bir hissi olmadığını hamı biləcək. Bir vaxtlar yanlış hərəkətlər etdim. Amma onları kin olaraq saxlayıb, indi gəlib məndən intiqam almaq istədiyini bilirdim. Niyə bu sözləri dediyimi özü də bilir. Elə bildim ki, keçmişdəki kimi olacaq. Hər axşam düşünürəm ki, onun üçün nələr edim. Mənim cəhdlərimlə heç nə ola bilməyəcək. Nurlanayla xoşbəxt olacağımı fikirləşirdim. Amma elə bir şey yox imiş".
Əli tezliklə ailə qurmaq istədiyini söyləyib:
"Yaşım keçir, ailə qurmaq istəyirəm".
Nuralana isə Əlinin ayrılmaq qərarı verdiyindən xəbərsiz olduğunu bildirib:
"Əlinin belə edəcəyinə əmin idim. Evlənməkdən qorxub bu cür geri addım atacaqdı. Məni də günahkar çıxaracaqdı. Ona görə də eyni hərəkətləri etdim və yanılmadığımı gördüm. Ayrılma qərarından xəbərsiz idim. Bu dəqiqədən etibarən Əli də mənim üçün bitdi".
Qeyd edək ki, Əli ilə Nurlana illər əvvəl sevgili olublar. Əli proqramda Nurlanaya səslənərək ilk eşqini unutmadığını deyib. nurlana Əli üçün proqrama qatılmışdı.