“Maşın” realiti-şounda yenə göz yaşları axıdılıb.
Mynews.az-ın məlumatına görə, şounun sonu yaxınlaşdıqca iştirakçılar arasında gərginlik daha da artır.
İştirakçılar Aqil M.Quliyevin şəklini ataraq onu SMS səsverməsinə çıxarıblar. O, isə səs toplayacağı təqdirdə rəqqasə Oksana Rəsulovanı çıxaracağını deyib. Aktyor İslam Mehrəliyev Aqilin bu açıqlamasından sonra Oksananın getməsini istədiyini deyib. Onun Oksanaya qarşı olması, üz döndərməsi rəqqasəyə çox pis təsir edib.
İslam bu hərəkəti Oksana tərəfindən oyundan kənarlaşdırılacağını düşündüyü üçün etdiyini desə də, rəqqasə hisslərini cilovlaya bilməyərək ağlayıb: “Mən hələ belə şey görməmişəm! Bunu Fərdadan, Elcandan, Aqildən gözləyərdim, amma İslamdan gözləməzdim. Çünki hamı İslama qarşı olanda mən ona dəstək oldum, amma o, indi mənə dəstək olmur. Bu, qurşaqdan aşağı vurulan zərbədir. Buna arxadan vurulan zərbə də deyirlər. Mən bu şouya qatılanda bir rəfiqəm mənə xəbərdarlıq etmişdi ki, özünü İslamdan qoru. Etiraz etmişdim, inanmamışdım. Axı biz İslamla bir filmə çəkilmişik, ailəvi dostuq, uşağı dünyaya gələndə ən az onun qədər sevinirdim. İslam bütün bunlardan sonra bunu necə edə bildi, anlamıram”.
Sonda Aqil M.Quliyev cüzi səs fərqi - 49 faiz səslə oyundan özü uzaqlaşıb.
“Maşın”da mübarizəni isə aktyorlar Elcan Rəsulov, Fərda Amin, İslam Mehrəliyev və rəqqasə Oksana Rəsulova davam etdirir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub