Rəqsanənin Moskvada adamı var imiş... ." Bir zəngimlə yolunuzu bağlatdıraram..."

715
Rəqsanənin Moskvada adamı var imiş... ." Bir zəngimlə yolunuzu bağlatdıraram..."

Bir ildir səhnədən və efirdən uzaq düşən Rəqsanə İsmayılova həmkarlarına ismarış yollayıb.

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin"ə danışan ifaçı sənətdən uzaqlaşmasını özünün səhvi adlandırıb:

" "Sənətdə bir az yoruldum, kənara çəkildim. Amma bu, mənim səhvim olub. Mən dünənki uşaqlarla efirə niyə çıxmalıyam? İllərlə sənətdə olmasam da, baxıram məndən danışırlar. Sənətə bu gün gələn əlinə mikrofon götürüb bir mahnı oxuyur, olur ulduz. Başlayırlar mən "Hollivuddan gəlmişəm, mən filankəsəm". Sənət dostlarım emosiyalara qapılıb dava edirlər. Mən sənətə gələndə oynaq mahnılara üstünlük verirdim. Mənim öz janrım, üslubum var. Oxuduğum mahnılar hamısı el şənliklərində oxundu. Deyirdilər "Ay, o, nə mahnıdır", ağız əyirdilər.. İndi baxıram, hamı toy tutmaqdan ötrü bu mahnılara "girişib".

Rəqsanə onu "əlindən toy almaqda" günahlandıran həmkarına da üstüörtülü mesaj yollayıb:

"Bəziləri deyir, Rəqsanə toyumuzu əlimizdən aldı. Demək istəyirəm, Moskvaya təzə-təzə gəlirsiz. Dostum var, bir zəngim kifayət edər. İstəmirəm Moskvaya yolunuz indidən kəsilsin. Moskva mənlikdir. Vaxtında konsertlər verib millət yığımışam. Mən artıq Rəqsanəyəm. İkinci Rəqsanə adıyla gələ bilən olacaq, amma RƏQSANƏ olmayacaq".

R.İsmayılova Moskvaya köçməsinin səbəbini də açıqlayıb:

"Bəzi işlərimə və ailəmə görə Msokvaya gəldim. Yoldaşım restoran təmir etdirir. Onun təklifi oldu ki, onu özün işlət. Albom üzərində də işləyirəm. 5 klip, 4 fotosessiyam oldu. Azərbaycanın bölgələrində canlı kosnertlər verəcəyəm".

Qeyd edək ki, Rəqsanənin toy qalmaqalı müğənni Xatun Əliyeva ilə yaranıb. Belə ki, Xatun Rəqsanəni onun toylarını əlindən alıb, çörəyinə bais olmaqda günahlandırırdı.

Xəbər lenti