Tarkan çəkilişlər zamanı qəza keçirib.
İfaçı iyunun 15-də “10” adlı albomunun çəkilişləri üçün kamera qarşısına keçib. Tullandığı yerdə bir anda tarazlığını itirən Tarkan yerə yıxılıb. Müğənninin ayaq biləyininə dərhal buz torbaları qoyulub. Tarkan çəkiliş qrupunun israrına baxmayaraq, həkimə getmək istəməyib. Ancaq problem növbəti gün klip çəkilişində davam edib. Kamera qarşısına ağrılar içində çıxan meqastar şiş və ağrı üzündən çətin anlar yaşayıb. Bu səbəbdən də bir günlük klip çəkilişi üç günə başa çatıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, albomun üz qapağı və klip görüntüləri üçün fotoşop tətbiq olunub. Evləndikdən sonra kökələn Tarkanın qarnı foto proqramları vasitəsilə düzləşdirilib.
Xatırladaq ki, 23 iyun tarixində, "Formula 1" Azərbaycan Qran-Prisinin açılışında konsert verməyə hazırlaşan meqa ulduz Bakıdakı çıxışından yarım milyon - 500 min dollar (təxminən 850 min manat) qonorar əldə edəcək.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub