"Dayan Yüreğim" serialında rol alan Ece Uslu ilə bağlı bir müddət əvvəl gözlənilməz iddia yayılmışdı.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa çəkiliş meydançasını yarımçıq tərk etmişdi. Buna səbəb isə Ecenin silikonlarının çəkiliş zamanı partlaması olmuşdu.
Məsələyə aydınlıq gətirən Ece xəbərin yalan olduğunu və bunu serialı çəkən şirkətin yaydığını söyləyib:
"Onların hamısı şirkətin özünü doğrultmaq üçün çıxartdığı yalan məlumatlardır. Elə bir şey olsa, mən çəkilişlərə davam edərəm? O xəbərə nə qədər gülmüşəm".
Uslu serialı çəkən "Endemol" şirkətinin təkcə onun maaşını verdiyini və digər həmkar və kollektivin əmək haqlarını ala bilməməsi məsələsinə də münasibət bildirib. O da digərləri kimi şirkətdən pul almadığını söyləyib.
Xatırladaq ki, serialda baş rollarda E.Usludan başqa, Cansel Elçin, Nilay Deniz və Berk Atan çəkilib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub