Xəbər verdiyimiz kimi, əməkdar artist Murad Dadaşov ötən gün “Maşın” reailiti-şosuna çıxmayıb.
Mynews.az-ın məlumatına görə, proqramın aparıcısı olan şoumenin əməliyyat edildiyi deyilib. Aparıcı Hacı Nuran Hüseynov şoumenin bu səbəbdən efirə çıxa bilmədiyini söyləyib.
Bir çoxları M.Dadaşovun yalan danışdığını, bunun şou olduğunu iddia edib.
Şoumen əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. O bildirib ki, həqiqətən də əməliyyat olunub:
“İyunun 11-də efirə gedən verilişə diqqətlə baxsanız görərsiniz ki, mən yerimdən tərpənmirəm. Neçə gündür ayağımda ağrılar var. Ayaqqabılarımı tez-tez dəyişirəm. Elə düşündüm ki, onlar ayağımı incidir. Ən rahatlarını geyindim, amma yenə də ağrı keçmədi. Dünən səhər yuxudan oyandım ki, ayağım çox şişib. Həkimə getdim. Baxdı ki, infeksiya düşüb, proses pisləşib, dərhal əməliyyat olunmalıyam. Xəstəxanaya getdiyimi eşidən Hacı Nuran da yanımda oldu. Bu insan bir dəqiqə məni tək buraxmadı”.
M.Dadaşov bu gün efirə qayıdacağını söyləyib:
“Ötən gündən mənə o qədər zənglər gəlir ki... Bu gün efirə çıxacam. Sırada olmalıyam. Olmayanda heç nə alınmır. Fürsətdən istifadə edib gələn bütün aparıcılara təşəkkür edirəm”.
Qeyd edək ki, şouda avtomobil uğrunda rəqqasə Oksana Rəsulova, aktyorlar islam Mehrəliyev və Elcan Rəsulov mübarizə aparır.
M.Dadaşovu ötən gün teleaparıcılar Mətanət Əliverdiyeva, Nuran Hüseynov, Azər Zahid və Murad Əzimzadə əvəzləyib.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub