“Əziz və gözəlliyimin paxıllığını çəkən xanımlar! Heç vaxt sizdən gözəllik sirlərimi gizlətməmişəm, həmişə səhifəmdə paylaşmışam. Etikanın nə olduğunu bilməyən xanımlar geyim və duş otağında gizli şəklimi çəkməyə çalışırlar. Ümumiyyətlə, hər yerdə gizli şəklimi çəkmək istəyən şərəfsizlər var”.
Mynews.az-ın məlumatına görə, bu sözləri “Vicdan haqqı” serialının Larisası Çimnaz Sultanova deyib. O, bəzi xanımların onun paxıllığını çəkdiyini söyləyib.
Aktrisa plastik əməliyyat etdirməsi ilə bağlı suallara cavab verib:
“Plastik əməliyyat etdirsəydim, sizdən gizlədərdim? Əksəriyyəti düşünür ki, həkimlərin reklamına çəkilmişəmsə, deməli, plastik əməliyyat etdirmişəm. Əsla! “Plastik əməliyyat etdirib” yazan paxıl xanımlar, sakitləşin. Bilin ki, paxıllıq insanı qocaldır. Sevgi isə cavanlaşdırır və gözəlləşdirir”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub