“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişinə bəy namizəd olan azərbaycanlı model Əli Əkbərlə keçmiş sevgilisi Nurlana arasında dava düşüb.
Axşam.az-ın məlumatına görə, Əlinin ayrıldıqdan sonra yeni namizədlər qəbul etməsinə pis olan Nurlananın ürəyi gedib.
Əli isə Nurlananın yalandan belə etdiyini söyləyib. O, keçmiş sevgilisinin əvvəllər də belə bir vərdişinin olduğunu söyləyib:
“Sonra yanına getdim, heç nəyi olmadığını gördüm. Məni itirməmək üçün belə bir şey edə bilər. Danışdıqları ilə etdikləri üst-üstə düşmür. Məni uşaq hesab edir. Nurlana münasibəti çoxdan bitirib, mənə əzab vermək üçün bura gəlib. Onun da namizədlər sırasında oturacağına əminəm.
Əvvəl başqa idi, indi dəyişib. Bura məndən intiqam almaq üçün gəlib. Kinli insanlar belə edə bilir. Mən evlənmək istəyirəm".
Əliyə əsəbiləşən Nurlana onu unutmaq istədiyini deyib:
“Əlini alqışlayıram, ssenari olduğunu deyir. Əli heç yanıma gəlmədi, yaxınlığımdan keçdi. Mənim üçün Əli artıq bitdi. Arxada dayanmışdım, namizəd qarşılayacağını eşitdim. Düşündüm ki, həmin an çıxıb gedərəm. Orada ürəyim tez-tez döyünməyə başladı, sonra nə olduğunu xatırlamıram. Gözümü təcili yardım maşınında açdım. Bir şeyi çox fikirləşəndə, əsəbiləşəndə belə oluram. Onun belə tez kimləsə qarşılaşacağını düşünmürdüm. Gözünün qabağında həmişə olacam, əzab çəkəcəksən? Burada tamaşaçılar arasında da oturub Əlini izləyəcəm".