İyunun 12-də efirə gedən "5-də 5” verilişində əməkdar Artist Elnarə Abdullayeva aparıcı Zaur Kamalı pərt edib.
"Xəzər” TV-də yayımlanan verilişə qonaq çağırılan müğənni Zaurun söylədiklərini cavabsız qoymayıb. Belə ki, efirə dəvət olunan şairə Fatimə Vəfa Zaura çox həyəcanlı olduğunu bildirib:
"Bu qədər verilişlərə çıxıram, bir qram həyəcanım olmur. Biləndə ki, sizin verilişə gəlirəm, inanın ki, gecədən məni həyəcan bürüyür, səhərə qədər yata da bilmirəm. Yəqin sizin zəhminiz məni basır”.
Kənardan mövzuya müdaxilə edən Elnarə Abdullayeva "Bax, bu danışıqlarınla aman verirsən ki?!” deyib. "Deyirəm, o da təzə-təzə çıxardı, onda gör, mən neyniyərdim?!” deyə Zaur Kamal Elnarə Abdullayevaya qarşılıq verib.
"Hay, hay, hay… Ay kişi, hələ Azərbaycan televiziyasının vaxtından, ümumiyyətlə, mən həmişə canlı efirə çıxmışam. İndi siz bizə baxanda uşaqsınız. Canlı efirlərdə, sağlığını görüm, sökürdük. Pah! Elnarə ölüb, Zaur onu təkərə sala, hay, hay…”, deyən əməkdar artistin sözlərinin qarşılığın Zaur Kamal bir söz deyə bilməyib.
"A24.az” verilişdən olan görüntüləri təqdim edir:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub