Tanınmış diktor Ofeliya Sənaninin səhhətində problem yaranıb. Milli.az-a açıqlama verən sənətkar səhhətindən danışıb:
"Bütün günü evdə otururam. Heç bir yana gedə bilmirəm, çünki onurğa sütunumda ciddi ağrılar var. Bu səbəbdən evdə heç qonaq da qəbul etmirəm. Hamı deyir ki, bu, yaşla əlaqədardır. Rəhmətlik yoldaşım Valid xəstə olanda ona çox qulluq etdim. Yeriməkdə çətinlik çəkdiyindən mənim boynumdan, qolumdan yapışırdı. Xəstə olduğu üçün onun ağırlığını öz üzərimə götürdüm. İndi də onun fəsadlarını yaşayıram. Kaş sağ olaydı, yenə də ona qulluq edərdim (kövrəlir). İnşallah sağalıb yenidən ayağa qalxaram".


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub