Meyxana ustası Ağakərim (Kərim) Novruzovun səhhəti yaxşılaşır. Mynews.az Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, dayısı növbəti dəfə xəstəxanada müayinədən keçib: “Düz 1 həftə bundan qabaq Kərim bəy növbəti dəfə xəstəxanada müayinə olundu. Həkimlər dedilər ki, artıq vəziyyəti yaxşılığa doğru gedir. Sadəcə hələ ki, mətbuatla əlaqəni kəsməli, telefon işlətməməlidir. Müalicəsini ev şəraitində davam etdirsə də, həkimlərin diqqətindən kənarda deyil. Ümid edir ki, vəziyyəti hər keçən gün yaxşı olar”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub