Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.
Azadlığa çıxan meyxanaçı Bayram Kürdəxanlı təəssüratlarını belə bölüşüb: "Məni buraxdılar, dedilər ki, günahkar deyilsən. Sağ olsunlar ki, məni azadlığa buraxdılar. Dedilər ki, sən azad olmalısan. Mən narkotik qəbul etməmişəm. Sadəcə qərar qəbul olunmuşdu ki, belə olmalıdır".
Meyxanaçı azadlığa çıxması münasibətilə onu təbrik edən həmkarlarına da minnətdarlığını bildirib: "Mənə diqqət göstərən həmkarlarıma da çox sağ ol deyirəm. Görüşümə gəlməsələr də, qardaşımla əlaqə saxlayıblar. Azadlığa çıxandan sonra isə görüşümə gəlmişdilər".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub