Xoşqədəm Hidayətqızı “Maşın” realiti şoudan küsülü ayrılan Təranə Qumralla Sərxan Kərəmoğlunu barışa çağırıb.
Mynews.az-ın məlumatına görə, bu məqsədlə tərəfləri özünün “Bizə danış” verilişinə dəvət etsə də, aparıcının bu istəyi baş tutmayıb.
Təranə Qumral, ümumiyyətlə, küsülü olmadığını deyib: “Mən heç kimdən küsməmişəm. Onun yoldaşını da, övladını da tanıyıram. O, bir realiti şou idi, oldu və bitdi. Sizin verilişiniz çox ciddi bir verilişdi, istəməzdim ki, burada müzakirə olunsun. Əgər bu veriliş bizə həsr olunubsa, o başqa məsələ. Amma yenə də istəməzdim bu barədə danışaq”.
Sərxan Kərəmoğlu müğənninin əksinə, küsülü olduğunu bildirib: “Elə şeylər var ki, danışmaq olmur. Küsmüşəm. Bir kəlməsinə görə küsdüm. O kəlməsi olmasaydı, ömür boyu küsməzdim”.
Xoşqədəm Hidayətqızı tərəfləri barışdırmaq üçün “Sərxan, Ramazan ayıdır, orucluqdur, belə bir müqəddəs ayda küsülü qalmanızı istəməzdim. Mən də sizi barışdırmaq üçün buraya dəvət etmişəm”, - deyib.
Sərxan onun bu sözlərindən sonra da fikrini dəyişməyib: “Mən sizə "qız qardaşım" deyirəm. Ayağınızı qoyan yerə başımı qoyaram. Nolar, çox xahiş edirəm, buraxın zamanın öhdəsinə. Hər şeyi zaman həll edəcək. Xanımlar bizim başımızın tacıdır, amma hələ ki zamanı, vaxtı deyil”.
oxu.az
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub