Azərbaycanda ən çox izlənilən kanalların adları bilinib.
Mynews.az-ın məlumatına görə, trend.az bununla bağlı analitik yazı yayımlayıb. Yerli kanallarımızda nəticələr belədir:
Yerli kanallardan ATV liderliyini qorumaqda davam edir, 28451 saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da aralarında təxminən 10000 izlənmə saatı fərq var. Xatırladım ki, keçən ay bu fərq bir qədər çox, 12000 saat təşkil edirdi. Ümumi siyahıda 10 cu, yerli kanalların sırasında isə AZTV-nin 3-cü olması, və may ayı 9075 saat izlənmə göstəricisinə malik olmasının bir-neçə səbəbi var ki, onlar barədə mən ötən yazıda artıq yazmışdım. Bu ay yerli kanalların 4-cüsü isə 6542 saatla ARB TV-ni üstələməyi bacaran İdman Azərbcaycan olub. Şübhəsiz ki, 4-cü İslam Həmrəylik Oyunlarının bu kanalda yayımlanması nəticəyə təsir göstərib. Ardınca isə elə təxminən eyni göstərici ilə, (6542 izlənmə saatı) İctimai TV qərarlaşıb. ARB TV bu ay yerli kanalların siyahısında düz iki pillə geriləyərək yalnız 6-cı yerdə qərarlaşıb, 6164 saat. Kanalın ümumi siyahıdakı yeri isə 16-cıdır. Lakin onu qeyd edim ki, İdman Azərbaycan, İctimai TV və ARB TV may ayı az-çox eyni izlənmə saatı toplayıblar, hər biri 6000-dən bir qədər çox. 7-ci yerli kanal isə, Space TV-dir, 5470 izlənmə saatı ilə. Lider TV, Mədəniyyət və digərləri isə daha az izləniblər. Mədəniyyət kanalı ümumiyyətlə, aprel ayı olduğu kimi daha aşağı sırada ola bilərdi, lakin 4-cü İslam Həmrəylik Oyunlarının futbol üzrə final oyunu bu kanalda yayımlandığından may ayının nəticələri bir qədər çox olub. Məhz bunun sayəsində deyərdim ki, Mədəniyyət ötən aydakı 40-cı ümumi yerindən 7 pillə irəliləyərək 33-cü olub.
Türk kanallarına gəldikdə isə, nəticələr belədir:
*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.
Burada ümumi siyahının lideri, aprel ayında da olduğu kimi - Star TV-dir – 35812 saat. Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Hələ digər serialları demirəm, məsələn Cesur ve Güzel və ya Söz serialı. Acun İlıcalının kanalı, TV 8 isə ümumi siyahıda 5-ci, türk kanalları sırasında isə ötən ay olduğu kimi, 2-ci olaraq qalır - elə təxminən 2 dəfə daha az saatla, 17841. TV 8 bu nəticəyə görə yəqin ki, Survivor proqramına minnətdar olmalıdır. Ümumiyyətlə, TV8 şou kanalıdır. Burada hər zaman maraqlı şoular olur, O səs Türkiyə və Yetenek Sizsiniz də vaxtaşırı bu kanalda yayımlanır. Amma ola bilər ki, digər faktorlar da var. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 6-cı, türk kanalları sırasında isə 3-cü olan, ATV Türk qərarlaşıb – 17003 saat. Burada da yenə də möhtəşəm türk seriallarının rolu danılmazdır. Məsələn elə həmin Eşkiya Dünyaya Hökümdar Olmaz və ya Kırqın çiçekler. Ardıcıllıqla, ümumi siyahıda 7-ci Türk kanalları sırasında isə 4-cü, Show TV-dir – 14621 saat. Bu kanalda İçerde serialı yayımlanır və populyarlıq yığmaqdadır. Digər türk kanalları isə bu 4-lükdən çox geri qalır. Ən yaxını Kanal 7-dir ki, o da cəmi 6278 saatla ümumi siyahıda 15-ci yerdədir.
Rus kanallarına baxdıqda isə nəticələr belədir:
Rus kanalları ayrı ayrılıqda əsas türk kanallarına nisbətən az baxılırlar. Lakin ümumi baxsaq siyahımızın ilk 20 rus kanalının hər biri 3000 saatdan çox baxılıb, türk kanallarından isə bu göstəriciyə yalnız 7 kanal malikdir. Buradan nəticə çıxarmaq olar ki, türk kanalları əsasən geniş kütləyə yönəliblər, rus kanalları isə daha çox spesifikdirlər.
Ötən ay olduğu kimi, ən çox baxılan tus kanalı, 1-й Канал olaraq qalır – 17891 saat. Bu isə ümumi siyahıda 4-cü yer deməkdir. Digər rus kanallarının izlənmə saatları isə daha azdır. Siyahımızın ikinci rus kanalı, НТВ, 9577 saat baxılıb və ümumi siyahıda 8-cidir. Ardınca isə siyahıda 3-cü rus kanalı, Россия 1-dir, 9468 saat. Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər. Hər biri təxminən 8000 - 7000 saat baxılıb.
Ötən ay olduğu kimi bu ayda uşaq kanalları, TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:
TOP 10 uşaq kanalları sırasında 6 rus, 3 türk və 1 Azərbaycan kanalı var. May ayının ən baxımlı uşaq kanalı rusdilli Nick Jr olub, 5784 saat. Ötən ayın birincisi rusdilli Nickelodeon isə cüzi fərq ilə, uşaq kanalları sırasında ikincidir, 5728 saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə bu ay TRT Çocuk olub, 5549 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 3828, 3799, 3712 saat ilə Cartoon Network, Disney Rus və Карусель qərarlaşıblar. Daha sonra isə 1875, 1419, 1380 saat ilə Tiji, Planet Çocuk və Minika Çocuk kanalları yer alırlar. Top 10 Uşaq kanalları siyahısını isə doğma dilimizdə yayımlanan ARB Günəş kanalı qapayır, 1378 səs.