Tanınmış müğənni Üzeyir Mehdizadə "Maşın şou"-dan çıxması ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Bu barədə BiG.AZ-a danışan Üzeyir Mehdizadə bəzi yarışma iştirakçılarını aşağılamamaq üçün könüllü olaraq maşından əlini götürdüyünü bildirib: "Maşın şou" çox maraqlı şoudur. Çox istəyərdim ki, o yarışmada qalım amma kimisə aşağılamamaq üçün yarışmadan çıxmalı idim. Amma əlimi maşından çəkdiyim üçün özümü peşman hiss eləmirəm. O yarışmada artıq oyunla şəxsi münasibətlər bir-birinə qarışmışdı. Ümumiyyətlə daha o oyun haqqında danışmaq istəmirəm".
Həmçinin Üzeyir Mehdizadə yaxın günlərdə Türkiyə televiziyalarında da tez-tez görünəcəyini və qardaş ölkə ilə bağlı yeni proyektlərinin olduğunu qeyd etdi: "Bu yaxında Türkiyə ilə bağlı yeni proyektlərim var. Daha doğrusu Türkiyədə konsert verməyi və Türkiyə telekanallarına çıxmağı planlaşdırıram".
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub