Son günlər "Maşın Şou” ətrafında baş verən qalmaqallar, aparılan müzakirələr səngimək bilmir. Həmçinin "Maşın Şou”nun yerli teleməkanın ən böyük və ən bahalı verilişi olması aparıcı Murad Dadaşov tərəfində də dönə-dönə vurğulanır. Bu isə müəyyən mənada mübahisələrə səbəb olur. Həqiətənmi "Maşın Şou” ölkənin ən bahalı TV layihəsidir?
Bu məsələ ilə bağlı ATV-nin ictimai-siyasi məsələlər və ictimaiyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov Unikal.org-a açıqlama verib. O bildirib ki, ATV kanalında yayımlanan "Maşın Şou” ətrafındakı ajiotaj onu da sevindirir və qürurlandırır:
"Çünki müasir standartlara uyğun, keyfiyyətli bir iş ortaya qoyulub. Murad Dadaşov və onun komandası hər zaman olduğu kimi bu dəfəki verilişdə də uğurlu performans göstərə bildi. Məni qürurlandıran həm də odur ki, şounun bu qədər uğurlu alınmasında onun məhz ATV də yayımlanması da böyük rol oynayır. Çünki "Maşın Şou” tarixində reytinq rekordunun qırılması məhz bu buraxılışda baş verdi. Heç kimə sir deyil ki, ATV ölkənin TV məkanında liderdir. Həmçinin, yayım keyfiyyəti baxımından da ATV fərqlənir. Bu isə mütamadi aparılan texniki təkmilləşdirmə tədbirləri vasitəsilə mümkün olub. Qeyd etdiyim vacib üstünlüklər isə "Maşın Şou” brendinin daha da keyfiyyətli yayımına və daha böyük auditoriya üçün cəlbediciliyinə səbəb olub. Amma bunu mütləq vurğulamalıyam ki, yerli teleməkanda bu vaxta qədər ən miqyaslı və bahalı layihə "Ford Boyard” verlişi olub. O verliş də məhz ATV kanalında yayımlanıb. Bir məqamı diqqətinizə çatdırım ki, "Ford Boyard”ın icraçı prodüsseri məhz ATV-nim vitse-prezidenti Rauf Dadaşov idi”.
T.İbrahimov xatırladıb ki, "Ford Boyard” televiziya müsabiqəsində yerli televiziya, şou-biznes və idman nümayyəndələri iştirak edirdilər: "Çəkilişlər Fransanın La- Roşel adasında, sırf "Ford Boyard” müsabiqəsi üçün nəzərdə tutulmuş nəhəng studia-məkanda həyata keçirilib. Həmin o məkan olduqca iri məbləğə icarəyə götürülmüşdü və ən müasir texniki avadanlıqlarla çəkilişlər aparılmışdı. Qeyd edim ki, dünyanın əksər TV kanalları da məhz həmin məkanda eyni şərtlərlə "Ford Boyard”ı özləri üçün çəkirlər”.