“Çoxları elə düşünür ki, bu, maşın ətrafında qurulan bir oyun idi. Məqsəd iştirakçıları piar və ya antipiar etməkdir, hər şey quramadır”.
Mynews.az-ın məlumatına görə, bu sözləri rəqqasə Oksana Rəsulova deyib.
Sənətçi iştirakçısı olduğu “Maşın” realiti-şousu ilə bağlı fikirlərini bölüşüb:
“Bu, möhtəşəm televiziya şousuna təşəkkür edirəm. Gözəl şoumen, aktyor, aparıcı və insan olan Murad Dadaşova minnətdaram. Əlbəttə ki, mükafat çox böyükdür – maşın. Buna görə piar və ya antipiar qazanmaq olar. Amma bir ən böyük həqiqət var: bu, real oyundur və baş verən ən acı hal belə həqiqətdir. Oyundakı ən dəyərli şey isə insan özü kimi olur. Özüm üçün bir çox nəticələr çıxardım. Necə deyərlər, əsirlərlə yaşa və öyrən. Təəssüf ki, burada biliklə yox, həyat qanunları ilə öyrənirsən. Təşəkkür edirəm ki, bu birnömrəli şouya məni də dəvət etdiniz”.

Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub