Xalq artisti, sevilən diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. Xalq artisti təcili əməliyyat olunacaq.
Mynews.az xəbər verir ki, bu barədə yenicag.az-a diktor özü açıqlama verib. Acı xəbəri bizimlə bölüşən Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:
“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub