Tanınmış müğənni Nadir Qafarzadə şahidi olduğu hadisəni izləyiciləri ilə bölüşüb.
Qafarzadə yolda bir cütlüyün söhbətinə qulaq şahidliyi edib və eşitdiklərini izləyiciləri ilə bölüşüb: “Bu gün həm maraqlı, həm də acınacaqlı hadisənin şahidi oldum. Gənc ailə (hamilə gəlin) evə gəlir, yolda mübahisə başlanır.
Ər: Dedim axı o telefondan uzaq dur, yenə “İnstagram”da kimi dostluğa qəbul etmisən?
Gəlin: Eh, əl çək, rəfiqələrimdi! Sən özün gündə kiminlə yazışırsan, heç bir söz deyirəm?
Ər: Mənim belə şeylər xoşuma gəlmir. “İnstagram”ı, “Facebook”u bağla!
Gəlin: Əgər sənim getməyimi istəyirsənsə problem yoxdur.
Ər: Axı mən sənə nə dedim ki, bəhanə tapırsan getmək üçün?
Və sonda gəlin getdi atasıgilə. Siz nə düşünürsünüz dostlar, sizcə boş söz-söhbətdən ötrü ailəni dağıtmağa dəyərmi? İndiki qızların (bəzi) çoxları belədirlər, bir bəhanə tapıb boşanırlar”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub