Şahzadə Diananı çoxu gözəl hesab etməsə də, hərkəs tərəfindən sevilirdi və milyonlarla qadın onun geyimlərinə həsədlə baxırdı.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu günədək Ledi Di mətbuatda dövrünün “Stil ilahəsi” adlandırlır.
Onunla bağlı bir fakt mətbuat nümayəndələrinin fikrindən heç vaxt yayınmayıb. Ledi Di bütün tədbirlərə kiçik ölçülü əl çantası olan klatçla qatılırdı. İlk baxışdan bu adi haldır deyilmi? Lakin bütün tədbirlərdə şahzadənin klatçı sinəsinə sıxmağı jurnalistlərin təəccübünə səbəb olurdu. Demək olar ki, o, bütün şəkillərdə çantasını bərk-bərk sinəsinin üzərində saxlayırdı.
Uzun zaman keçdikdən sonra məlum oldu ki, sən demə, Diana üçün klatç tək akssesuar deyilmiş.
Diananın ölümündən sonra “The Telegraph” qəzetinə müsahibə verən dizayner Anya Hindmarç “sinə üstündə gəzən” klatçların sirrini açıb.
Anyanın dediklərindən məlum olur ki, klatç Ledi Dinin ən çox sevdiyi aksesuar olub. O, tez-tez dizaynerin mağazasına gəlir, rəngbərəng çantalar alırmış. Qatıldığı tədbirlərdə açıq sinə dekolteləri onu pis vəziyyətdə qoymasın deyə, əlindəki klatçı sinəsinin üzərində tutarmış. Deyilənə görə, bu vərdişi şahzadəni dəfələrlə xoşagəlməz haldan xilas edib.