Xalq artisti Məleykə Əsədova "İnstagram" səhifəsində status yazıb.
Mynews.az-ın məlumatına görə, o, tamaşa haqda fikirlərini bildirib: “Bu gün Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasının ilk baxışı oldu. Tamaşanın resjissorunu və aktyor yoldaşlarımı, təbii ki, özümü təbrik edirəm. Tamaşa haqqında eşitdiyim xoş sözlər məni məmnun etdi. Bəli, bu gün səhnədə çox çətin, məsuliyyətli obraza imza atdım. Sevinənlər daha çoxdur. Amma sevinməyənlər, qısqananlar isə neçə gündür əl-ayaqdadırlar”.
Aktrisa sosial şəbəkədə yayılan və müzakirələrə səbəb olan fotosundan da söz açıb: “Şəkillərimi eybəcər hala salıb sosial şəbəkədə yayırlar. Bəzi saytlar, sənəti olmayan dırnaqrası jurnalistlər reytinq toplamaq xatirinə düzəldilmiş şəkilləri yaymaqla məşğul olurlar. Mənim şans yollarımı, istedadımı Allah verib. Allaha qarşı gələn insanlara elə Allah qənim olsun. Bunları edən insanlar təbii ki, varlığımı, istedadımı çəkə bilməyənlərdir. Ay yazıqlar, gözəllik qalıcı deyil, gedir. Amma insani keyfiyyətlərimizi itirməyək. Bu gözəl ayda dualar edin ki, sizin də üzünüzə nur gəlsin. Hər uğur qazandığım zaman mənə qarşı edilən çirkin taktikalara öyrənmişəm. Yazıqlar olsun, çox təəssüf! Bu hərəkəti edən insanlara gülürəm. Onlara demək istəyirəm ki, mən varam! Bu gün çətin bir obrazı oynadım. Siz etdiyiniz hərəkətlə məni ruhdan salmaq istədiz, amma əksinə ruhlandım. Səhnədə alqışlar və gözəl fikirlər mükafatım oldu. Gedin həyatınızla, ailənizlə məşğul olun. Yaxşılıq edə bilmirsizsə, pislik etməyin, paxıllıqdan uzaq olun”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub