Əməkdar artist Nahidə Orucova aparıcılıq edən müğənnilərin ünvanına tənqidlər səsləndirib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, aktrisa "Lider maqazin"ə açıqlamasında onları savadsız adlandırıb:
"Heç birinin intelektual səviyyəsi yoxdur, amma veriliş aparırlar. Adi ünsiyyəti də bacarmırlar. Müğənni qonağı efirinə dəvət edəndə onunla bağlı məlumat toplamalıdır. Çox savadsızdılar. Getsinlər toylarını oxuyub, pullarını qazansınlar. Bizim bir vaxtlar gözəl diktorlarımız var idi. Onların dünya görüşünə heyran qalırdım. Düzdür, elə müğənnilər var ki, savadlıdır. Bunlardan biri Faiq Ağayevdir".
N.Orucova bildirib ki, aktrisaların aparıcılıq etməsinə normal baxır:
"Aparıcılıq edən müğənnilərə demək istəyirəm ki, səviyyəni tapıb onu tutsunlar. Öz işlərində qalsınlar. Başqa yola çıxmasınlar.
Aktrisanın aparıcılıq etməsi normaldır. Çünki aktrisa hər şeyi bacarmalıdır. Bizim incəsənətimiz müğənnidən ibarət deyil. Müğənni heç vaxt aktrisa ola bilməz. Amma aktrisa müğənni ola bilər"
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub