"Şou-biznesdə dostluq yoxdur. Kiminləsə dostluq etsən, ona sirrini açıqlayacaqsan. Günlər, aylar keçər sözün çəpləşsə, dediyin sirri başına vurar. Birdə gözünü açacaqsan ki, dediklərin internet portallarında yazılır. Tək şou-biznesdə yox, elə həyatda da dost seçmək çətindir".
Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "100-dən 1-i" verilişində deyib.
İfaçı bir vaxtlar küsülü olduğu xalq artisti Faiq Ağayevdən söz açıb:
"Onunla qalmaqalımız düşünülmüş deyildi. Bir dəfə mənə sual verdilər ki, "Şou-biznesdə kimin sənə quyu qazmasını gözləyərsən". Cavabımda "Faiq Ağayev" dedim. Hər zaman güclü insanları özümə rəqib görürəm".
N.Qafarzadə sosial şəbəkədə ona "Kimsən ey... Bütün günü ağlayırdın. İndi pul görmüsən" yazanlara cavab verib: "Əldə etdiyim uğurları çoxunun gözü götürmür. Mən Nadir olana qədər nə əziyyətlər çəkmişəm. Gəlib onlar da ağlasınlar, mənim kimi olsunlar. Otururlar evdə, cinsiyyəti bəlli olmayanlar ağızlarına gələni yazırlar".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub