"Eurovision 2011" qalibi Nigar Camalın plastik əməliyyatla formada qalma xəbəri yayılıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, müğənni "Lider maqazin"də şayiələrə cavab verib:
"Heç vaxt kökəlmirəm. Plastik əməliyyat etdirmirəm. Sadəcə, bizim ailədə hamı belə arıqdır. Həm də idman edirəm"
N.Camal deyib ki, İnstaqram hesabında heç bir məhsulu reklam etmir:
"Çəkildiyim reklamlardan aldığım qonorarı açıqlaya bilmərəm. Qiymət demək yaxşı deyil. Heç vaxt İnstaqram səhifəmdə nəyisə reklam etmirəm. Ancaq siması olduğum hansısa şirkətin məhsulunu yayımlayaram. Mənim simamdan istifadə etmək istəyənlərə imkan vermirəm. Reklam istəyən, mənimlə müqavilə bağlasınlar. Hər kəs fərqlidir, edənlər özləri bilər".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub