Xalq artisti Könül Xasıyeva "Xəzər maqazin" proqramına xəstəliyi ilə bağlı gizli məqamlardan danışıb. Mynews.az xəbər verir ki, 6 ildir oğlunun xəstəliyinə görə əziyyət çəkən sənətkar kədərini belə dilə gətirib: "Kim istəyər ki, əməliyyata girib, bıçaq altına yatsın. Həyatımda məni çökdürən çox ciddi hadisələr baş verdi. Həmin iş də hüquq-mühafizə orqanlarındadır. 6 il oğlumun xəstəliyinə görə hər gün ağlamışam. Başımı divarlara vurub, yerlərdə sürünmüşəm. Uşaq valideynini həmişə güclü görmək istəyir. Bu gün o gücü özümdə tapa bilmirəm. Hər şey stresslə əlaqəli baş verdi. Son iki ildə çox dəhşətli həyat yaşadım. Allahdan istəyim ötüb keçən o iki ili ömrümə yazmamasıdır. Necə övladıma baxıb üzülürdümsə, övladım da bu gün mənə baxıb üzülür. Bilmirəm özümə necə xoşbəxt qadın deyim. 17 ildir oturulu yatıram, heç vaxt uzanıb yata bilmirəm, sinəm göynəyir. Uzanan kimi döş qəfəsində yanğın olur. Ən böyük arzum evimin olmasıdır. İnşallah, yenə də solo konsertlər verib, efirlərə çıxacam".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub