Əməkdar artist Elza Seyidcahan yazdığı şeirləri lağa qoyan insanlara səslənib.
Sənətçi sosial şəbəkədə şeirlərini paylaşan istifadəçilərin onun barəsində söylədiklərinin vecinə olmadığını bildirib:
"Mən sərbəst vəzndə yazıram. İnsanlar sərbəst seçim edə bilər. Burda oğrunun da, doğrunun da, əxlaqsızın da, abırlının da payı var. Mənim şeirlərim satirik şeirlərdir. Kim nə istəyir, danışsın. Şeirlərimin başına ip keçirtməsinlər. Ordakı mənanı istədikləri kimi yoza bilərlər. Rihanna və o biri biabırçı ulduzların gözəllikləri də yoxdur, bütün günü narkotik istifadə edir, əyinlərinə alt paltarı da geyinmirlər. Amma oturub-durub onları bizə misal çəkirlər. Gül kimi müğənnilərimizi heç misal çəkən yoxdur. Öpüşməkdən danışıram lağ edirlər. Mən Vətənimlə, anamla, xalqımla öpüşürəm. Bir var ehtiraslı öpüş, bir də var ruhani öpüş. Ehtiraslı öpüş də gözəldir, amma sevdiyinlə… Adam var, ailəsində ehtiraslı öpüşə həsrət qalıb, ona görə də şeirlərimdə özünü görür. Kimdə nə yoxdusa, onu mənim şeirlərimdə axtarıb tapırlar”.
Seyidcahan mətbuatda ən çox müzakirə olunan şəxs olduğunu da deyib:
"Mən bəstəkaram, müğənniyəm, şairəyəm, fotomodeləm, gözəl, qüsursuz xanım, ana, nənə, aktrisayam… məziyyətlərimi sayıb-qurtara bilmərəm. Bu il ən çox mətbuatda haqqında yazılan və müzakirə olunan adam mən olmuşam. Bəlkə elə mən də öləndən sonra dahi olacam, bəlkə elə dahiyəm, bu qədər mənə hücumlar var. Cabir Novruz demişkən, sağlığında qiymət verin insanlara”.
///yenicag.az
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub