Prodüser Tarix Əliyev (Tolik) müğənnilərin ünvanına tənqidlər səsləndirib.
Axşam.az-ın məlumatına görə, prodüser bildirib ki, birlikdə çalışdığı müğənni Elton Hüseynəliyev Azərbaycan Dövlət Televiziyasının solisti olanda onu əksər həmkarı təbrik etməyib:
"Müğənnilərimizin əksəriyyətinin paxıl olduğunu bilirəm. Buna hər zaman şahid olmuşam və şükür onların heç birindən asılacağım yoxdur. Elton dövlət televiziyasının solisti oldu. Bu bir müğənni üçün böyük uğurdu. çünki bu hər müğənniyə qismət olmur. Səhifəmi ən az 200 müğənni izləyir, onların heç 10-u təbrik yazmadı. Külü qoyum paxıl başınıza, təbrikiniz lazım deyil. Sadəcə, qurdlar içinizi o qədər yeyib ki, görməzlikdən gəlirsiniz. Allah o səsi Eltona verib. Onun səsinə sənətkarlar qiymət verir. Bir gic mahnı oxuyan kimi hamıya yollayırsınız ki, səhifənizdə paylaşın".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub