Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızıCahan Azərin məşhur türk rejissoru Savaş Çıkrakla toyu baş tutub. Toya bir çox sənət adamları qatılıb. Açıq havada təşkil edilən mərasim gecə saat 1-ə kimi davam edib.
Mynews.az bu barədə Milli.Az-a istinadla xəbər verir.
Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O, həm də Türkiyənin ən məşhur serialları olan “Şefkattepe”, “Qalib Dərviş”də çəkilib.
Savaş Çıkrak isə “Habertürk” kanalında rejissor vəzifəsində çalışır. Onunla bağlı Türkiyə mətbuatında “Bülənt Ərsoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor” adlı yazılar dərc olunub.
C.Azər və S.Çıkrak hazırda Türkiyədə “Doyuran kareler” adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub