Mənsum İbrahimov Canəli Əkbərovun CAVABINI VERDİ: “Yaşlı, xəstə adamdır və...”

689
Mənsum İbrahimov Canəli Əkbərovun CAVABINI VERDİ: “Yaşlı, xəstə adamdır və...”

Azərbaycanın Xalq artisti Canəli Əkbərovla muğam müsabiqəsinin 5 münsif üzvi - xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov arasında yaranmış qalmaqal səngimək bilmir.

Mənsum İbrahimov Publika.az-a danışaraq Canəli Əkbərovun onun haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib: “Canəli Əkbərov yaşlı, əsəbi və xəstə adamdır. Nə danışdığını bilmir. Normal insan öz həmkarları haqqında elə ifadələri dilinə gətirməz. Biz verdiyimiz açıqlamada onun şəxsiyyətinə toxunmamışıq, alçaltmamışıq. Sadəcə münsiflərin ümumi mövqeyini bildirmişik. Münsifləri də biz təyin etmirik. Hesab edirəm ki, bildirdiyi fikirlər onun mənəviyyatının və şəxsiyyətinin göstəricisidir. Mən bu vaxta qədər heç kimi təhqir etməmişəm, heç kimlə bir dəfə də olsun aramda qalmaqal yaşanmayıb. Ona da hər zaman hörmətlə yanaşmışam. Arif Babayev, Əlibaba Məmmədov, Səkinə İsmayılova və digərləri Azərbaycanın görkəmli sənətkarlarıdır. Biz şou adamı deyilik, odur ki, bu məsələləri böyütmək lazım deyil”.

M.İbrahimov Canəli Əkbərovun onu Məcnun roluna hazırlaması ilə bağlı iddialarına da aydınlıq gətirib: “Bu məsələ barədə Opera və Balet Teatrının rəhbərliyinə müraciət edərək, həqiqəti öyrənə bilərsiniz. Əlbəttə ki, Canəli Əkbərov mənə vokal baxımdan müəyyən məsləhətlər verib. Bunu danmıram və dəfələrlə bildirmişəm. Lakin heç kimə icazə vermərəm ki, haqqımda təhqiramiz ifadələr işlətsin. Onun yaşına və sənətinə hər zaman hörmətlə yanaşmışam. Muğamın inkişafında onun xidmətləri də var. Lakin bu, ona hər kəsi təhqir etməyə icazə vermir. Tamaşaçılar da hər birimizi yaxşı tanıyır. Heç kimin haqqında mənfi fikir bildirməmişəm və bildirmək niyyətim də yoxdur, tərbiyəm buna icazə vermir. Onun mənim haqqımda dedikləri də mənəviyyatının göstəricisidir. Başqa nə deyə bilərəm ki? Canəli Əkbərovun gözəl sənəti var, lakin insan kimi obyektiv deyil. Bizim mövqeyimiz də bundan ibarət idi”.

Xəbər lenti