Müğənni Nadir Qafarzadə “Çox gözəldir” adlı yeni mahnısını təqdim edib.
Mynews.az-ın məlumatına görə, bəstənin sözləri Nadoya, musiqisi Nurlan Təhməzliyə məxsusdur.
N.Qafarzadə bir ayda üç yeni mahnı hazırlamasından danışıb:
"Demək olar ki, Azərbaycanda ən çox mahnı təqdim edən ifaçı mənəm. Bu, özündən razılıq yox, bir faktdır. Oxudum əksər mahnılar da dillər əzbəri olur. Bu da məni bir müğənni kimi sevindirir".
N.Qafarzadə sosial şəbəkədə ona tənqid yazanlara səslənib:
“Yazan adamın həmin an cavabını verirdim. Görürdüm ki, kişilikdən xəbərsizlər kişilik dərsi keçmək istəyir. Amma bu yaxınlarda məni təhqir edən insanı hüquqi yolla tapdıq. Yalvardı ki, qələt eləmişəm, məni bağışla. Mən də onu gəncliyinə bağışladım. Amma bu gündən sonra bağışlamayacam. Polisin köməkliyi ilə yoluna qoyacam".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub