Azərbaycanın Xalq artisti Canəli Əkbərovla muğam müsabiqəsinin 5 münsif üzvi - xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov arasında yaranmış qalmaqalın əhatəsi genişlənməkdədir.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, Arif Babayev onu savadsız adlandıran Canəli Əkbərovun cavabını verib:
“Xəstə və yaşlı adamdır, ağzına gələni danışır. Necə yəni, muğam savadım yoxdur? Mən institut bitirmişəm. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını almışam. 30 ildir ki, Milli Konservatoriyanın muğam kafedrasında işləyirəm. Xəstə adamdır, xəstə adamdan niyə inciyim ki? Biz ona xanəndə yoldaşı kimi məsləhət vermişik, başa salmışıq ki, kollektivdə yoldaşlıq etmək və mehriban olmaq lazımdır. Özünü öyməklə və bağırmaqla irəli getmək olmaz”.
A.Babayev Mənsum İbrahimov haqqında heç vaxt mənfi fikir səsləndirmədiyini də bildirib: “Mənsum çox yaxşı insan və gözəl xanəndədir. Onun xətrini çox istəyirəm və haqqında heç vaxt pis fikir bildirməmişəm. Amma Canəli Əkbərovun dedikləri nağıldan başqa heç nə deyil. İstədiyi qədər danışsın”.
Məlumat üçün bildirək ki, C.Əkbərov dünən verdiyi müsahibədə Arif Babayevin muğam savadının olmadığını deyib. Həmçinin o, A.Babayevin vaxtı ilə Məsum İbrahimovu bəyənmədiyini və ona “Ağzı əyri gədə” dediyini bildirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub