Müğənni-bəstəkar Ceyhun Əliyev ona uğur gətirən mahnısından söz açıb. Mynews.az-ın məlumatına görə SİA-ya açıqlama verən Ceyhun həmin mahnının adını da açıqlayıb: "Bildiyiniz kimi, bir çox mahnıların müəllifiyəm. Amma mənə 2016-cı ildə xalq artisti Aygün Kazımova üçün yazdığım "Orasına-burasına" bəstəsi uğur gətirdi. Həmin mahnı çox sevildi və böyük səs-küyə səbəb oldu. "Orasına-burasına" mahnısı 1 milyon artıq dinləyici tərəfindən dinlənildi. Mahnımın bu dərəcədə sevilməyi məni çox qürurlandırdı. Çünki mahnılar bəstəkarların övladları kimidir. Düşünürəm ki, bu il də sevilən bəstələrimin sayı çox olacaq".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub