Bir zamanlar dünyanın ən zəngn iş adamlarından biri, ən məşhur silah alverçisi, Səudiyyə Ərəbistanından olan Adnan Haşoqqi miyarderlər reytinqində ən üst yerlərdən birini tuturdu.
Milyarderin xanımı Sürəyyə da superlüks həyat sürürdü.
Əri öləndə S.Haşoqqiyə 3 özəl reaktiv təyyarə, 3 bahalı yaxta, 12 villa, 4 malikanə, 5 apartament və 2 qəsr qalmışdı.
İndi isə zaman dəyişib.
1974-cü ildə Adnan Haşoqqini tərk etmiş Sürəyya Haşoqqi dünən avtobus dayanacağında görülüb.
Ərindən ayrılandan sonra oğlunun şirkətlərindən birində çalışan Sürəyya Haşoqqi sonradan floristika biznesinə başlamış, güllərin yetişdirlməsi və satışı ilə məşğul olmuşdu.
S.Haşoqqi gənclik illərində Uinston Çörçilin, sonra da Britaniya parlamentinin deputatı Conatan Aytkenin sevgilisi olmuşdu.
İngiltərənin Lester şəhərində doğulmuş Sandra Deyli səudi milyarder Adnan Haşoqqi ilə tanış olandan sonra İslamı qəbul edərək Sürəyya olmuşdu.
O, A.Haşoqqi ilə 1961-ci ildə ailə həyatı qurub. Bu nikahda 5 övlad doğulub.
50 yaşlı Sürəyya Haşoqqini indi görənlər onun bir zaman hər gün az qala 1 milyon dollar xərcləyən qadın olduğunu düşünməzlər.
milli.az



1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub