Əfsanəvi musiqi qrupu "Rolling Stones"un üzvü Mik Caqqerin qardaşı Kris Caqqer 8 uşağı olan 73 yaşlı sənətçi ilə bağlı ilginc təklif edib.
Kris Caqqer 8 uşağı olan 73 yaşlı böyük qardaşı Mik Caqqer üçün vazektomi (uşaq artırma kanallarının əməliyyatla bağlanması) vaxtının gəldiyini söyləyib.
Sunday Mirror-a danışan Kris "Böyük qardaşım haqqında nə desəniz deyin o, uşaqlarına qarşı çox yaxşıdır. Həqiqətən yaxşı bir atadır. Bütün uşaqları onu sevir. Artıq vazektomi əməliyyatı keçirməlidir", - ifadələrini işlədib.
Həyatına girən 5 qadından 8 uşağı olan, hazırda 29 yaşlı balerina Melanie Hamriklə eşq yaşayan Mik Caqqerin keçən ilin dekabr ayında 8-ci uşağı Deveraux dünyaya gəlib.
milli.az

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub