Tolikdən Şəbnəmə sərt sözlər: "Hələ çox balacasan..."

724
Tolikdən Şəbnəmə sərt sözlər: "Hələ çox balacasan..."

Müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) Nabranda istirahət mərkəzlərindən birində konserti keçiriləcək.

Mynews.az-ın məlumatına görə, ifaçı açıqlamalarından birində özünü xalq artisti Aygün Kazımova ilə müqayisə edib. 

Ş.Tovuzlunun "Mənim konsertim Aygün Kazımovanın konsertindən yaxşı keçəcək" deməsi müzakirələrə səbəb olub. 

Şəbnəmə sərt reaksiya verənlərdən biri də prodüser Tarix Əliyev (Tolik) olub. O, sənətçinin özünü A.Kazımova ilə müqayisə etməsini ələ salıb:

“Saytlardan birində oxudum ki, Şəbnəm Tovuzlu deyir, “Konsertim Aygün Kazımovanın konsertindən yüksək olacaq. Şəbnəmə dünən axşam 4 dəfə zəng vurdum, cavab vermədi. Sonra gördüm ki, “Space”də ən baxımlı verilişdədir (gülür). Şəbnəm dostumdur, amma haqqımı heç atama da yedizdirmərəm. Deyir ki, konsertimi Azərbaycanda keçirilən “Eurovision” yarışmasını çəkən komandadan 8 nəfər lentə alacaq. Şəbnəm, nəzərinə çatdırım ki, bu mötəbər yarışmanı çəkən komanda “Euromedia”ya aiddir. Onlar yalnız “Eurovision"ı çəkir, Nabranda şortiklə, şəpitlə gələnlərin videosunu yox. 

Demisən ki, Aygün Kazımovadan yüksək konsert verəcəksən? Onun konsertini Nabranda 3 dəfə mən etmişəm. Eyni zamanda Röya, Natavan Həbibi, İraklinin konsertlərini keçirmişəm. Amma reklama bu qədər pul qoymamışam. “Atlant” nə “Yaşıl Teatr”, nə də Heydər Əliyev Sarayıdır. Çünki onların adları brend olduğu üçün reklama ehtiyacları olmayıb. 

Sən öz konsertini nə qədər səviyyəli saysan da, bir şeyi unutma ki, Aygün Kazımovanın sənətindən danışmağa sənin stajın çatmaz. Sən onun elədiyi layihələr qarşısında hələ çox balacasan. Baxmayaraq ki, səni hər zaman müdafiə etmişəm, amma bu dəfə sözün bir ucu da mənə çatdığı üçüm cavabını verməli idim. Məkan seçəndə elə seç ki, ilk solo konsertinə şortikdə gəlib baxmasınlar. Mən oranın hər bir deşiyini yaxşı tanıyıram. İstirahət mərkəzlərində insanlar həm oynamağa, həm də əylənməyə gedirlər. Konsertinin təşkilatçısından soruş gör “Mulen ruj” nədi? Bax, bu səhnənin adıdır”.

Axşam.az

Xəbər lenti