Rusiyanın ən məşhur modellərindən biri olan Viktoriya Odintsova bu həftə Azərbaycana gələcək.
Mynews.az bu barədə 1news.az-a istinadən xəbər verir.
V.Odintsova öz planları haqqında İnstagram sosial şəbəkəsində danışıb. Paylaşdığı fotoya: “Ayın sonunda komanda ilə birgə Bakıya getməyə və mütləq şəkildə @bakucitycircuit şəhər trasında Formula-1-i seyr etməyə hazırlaşırıq. Buna qədər aprel ayında yarışlarda olmuşam, amma indi böyük məmuniyyətlə şəhərlə tanış olacam. Uşaqlar, Bakıdan olan var? Maraqlı yerlər haqqında danışarsız?!”, - şərhini yazıb.
V.Odintsovanın İnstagram səhifəsinin 4.000.000 abunəçisi var.
V.Odintsova artıq “Playboy” jurnalı üçün, Yeqor Kridin “Mənim xoşuma gəlir” klipində çəkilib. Model və müğənni qısa eşq macərası yaşayıblar. O, “Mavrin Models” model agentliyinin aparıcı modelidir.
Xatırladaq ki, Formula-1-in Azərbaycan Qran-Prisi iyun ayının 23-dən 25-nə qədər Bakıda keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub