“Vicdan haqqı”nın Firası “Yazır ki, utanmır, otelləri gəzir” - FOTO

1225
“Vicdan haqqı”nın Firası “Yazır ki, utanmır, otelləri gəzir” - FOTO

Mynews.az musavat.com-a istinadən aktrisa Natavan Əfəndiyeva müsahibəsini təqdim edir:

"Vicdan haqqı" serilında canlandırdığı Fira obrazından danışan aktrisa tez-tez tənqid olunduğunu deyib: "Neqativ rol oynadığıma görə tamaşaçılar məni sevmir. Düşünürlər ki, əgər serialda mənfi obrazı canlandırıramsa, deməli, real həyatda da o cür biriyəm. Keçən dəfə Gürcüstana gedirdik, sərhəddə hamı mənimlə şəkil çəkdirdi. Serial məni tanıtdı. Amma serialın bir mənfi cəhəti oldu ki, məni elə insan kimi tanıyırlar. Hətta İnstagramda "Allah Firanı öldürsün" deyə yazırlar".

- Modellikdən aktrisalığa keçdiniz. Insanların rolunuzu həqiqət sanması işinizin öhdəsindən gəldiyinizi göstərir. Yəni, sizi aktrisa kimi qəbul ediblər...

- Mən artıq model deyiləm. Məni ancaq aktrisa kimi görəcəksiniz. Tamaşaçıların xoş reaksiyaları da az olmur. Bu, qəbul olunduğumu göstrərir. Bundan sonra Moskvada da fəaliyyət göstərəcəyəm.

- "Don Morleone" filmində baş rollardan birini canlandırırdınız. Əsasən, son zamanlar komediya janrında filmlər çəkilir. Sizin filminiz isə fərqli janrda idi. Filmə olan reaksiyalar sizi qane etdimi?

- "Don Morleone"da da komediya vardı. Zarafatlar, sarkazmla olan zarafatlar idi. Hər adam onları başa düşmürdü. Biz o filmi Gürcüstana, Türkiyəyə, Rusiyaya satacağıq, hazırda dublyaj olunur. Rüstəm Cəbrayılovla uğurlu ekran işində rol aldığımız üçün sevinirik. Çoxları deyir ki, film gəlir əldə etmədi, baxılmadı. Pis film olsaydı, xarici ölkələrdən almazdılar. Keçən dəfə bir filmin təqdimatında idim. Mənə dedilər ki, sizin filmə lağ edirlər. Deyirlər ki, "Don Morleone" olma, onu sən çəkmisən? Guya, pis çəkilib. Mən təqdimatı olan filmi izləyəndə dəhşətə gəldim. Ssenraisi, çəkilisi sıfır idi. Mən ailəmi o filmə heç vaxt aparmaram. "Ala" ilə danışırdılar. Bu, tərbiyəsizlikdir. Bizə lağ edənlərin filmləri bizim filmdən qat-qat aşağıdadır.

- Özünüzə qoyduğunuz hər hansı qadağa varmı?

- Azərbaycan stereotiplərini qırmaq istəyirəm. Bu yaxınlarda Moskvadan gələn rejissor mənə qısametrajlı filmdə oynamağı təklif edib. Filmdə liftdə zorlanan qız obrazı var. Zorlandıqdan sonra o qız həmin şəxsi bıçaqla qətlə yetirir. Açıq-saçıq obrazlara çəkilməklə heç nə dəyişmir. Biz şəxsi həyatımızı canlandırmırıq. Rejissor nə yazıbsa, aktrisa onu oynamalıdır. Pis və ya yaxşıya baxmamalı, mentaliteti düşünməməlidir. Aktrisa başqasının həyatını canlandırır. Obrazının onun şəxsi həyatı ilə heç bir əlaqəsi yoxdur. "Vicdan haqqı" serialna baxanlar mənə yazır ki, bu qıza bax, utanmır, gündə otelləri gəzir. Bu şərhi yazan sonda "Fira" adını yazmağı unudur və Natavan Əfəndiyevanı işarələyir. Mən onlara yazıram ki, bu, mənim həyatım deyil. Otelləri gəzən "Fira"dır.

- Canlandırmaq istəmədiyiniz obraz varmı? 

- Heç vaxt şit, ərköyün və "Barbi" tərzində olan qız obrazlarını canlandırmaram. Çünki mənə uyğun deyil.

“Vicdan haqqı”nın Firası: “Yazır ki, utanmır, otelləri gəzir” - FOTO

Xəbər lenti