Tanınmış müğənni Əli Mirəliyev Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun xalq artisti Məleykə Əsədovaya mənzil bağışlamağına münasibət bildirib.
Ə.Mirəliyev ölkə.az-a açıqlamasında indiyədək heç bir məmurdan pul almadığını söyləyib:
"Məmur mənə heç bir manat pul da verməyib. Bilirlər ki, o pulu mən onların başına vuraram. Çünki bizdə məmur sözü camaatdan pul qoparan, millətin qanını, cibini soran kimi başa düşülür".
"Məmurlar niyə adətən qadın sənətçilərə ev, maşın bağışlayırlar" sualını Mirəliyev belə cavablandırıb:
"Qadın sənətçilərə ona görə ev, maşın bağışlayırlar ki...(yazılmayacaq ifadə işlədir-red.) Sinəsinə də iki dənə... Aydın Bəşirov getsin gəmisiylə məşğul olsun. Məleykə Əsədovanın sənəti yaxşıdır e. Amma Məleykəni mən başa düşə bilərəm. Onu başa düşmək üçün diqqətlə nəzər yetirmək lazımdır. Ümumiyyətlə, mənim imkanım olsaydı, onların adlarını alıb, hamısını teatrdan qovardım".
Qeyd edək ki, A.Bəşirov açıqlamasında Məleykə Əsədovaya iki otaqlı mənzil bağışladığını bildirmişdi.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub