Aygün bu müğənnilərə qadağa qoydu "Mahnılarımı oxumasınlar"

684
Aygün bu müğənnilərə qadağa qoydu "Mahnılarımı oxumasınlar"

Mahnılarımı müğənnilərdən çox istəyirəm. Heç vaxt fikirləşməmişəm ki, bəstələrimi bütün müğənnilər oxusun. Fikirləşirəm ki, kimsə mahnımı gözəl oxumayacaqsa, ona heç vaxt qulaq asmayacam. Bəyənməsəm, qəbul etməyəcəm.

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar incəsənət xadimi Aygün Səmədzadə "100-dən 1-i" verilişində deyib.

Bəstəkar aparıcının "Mahnılarınızı oxumağı Flora Kərimova, Aygün Kazımova, Nazpəri Dostəliyeva və Nüşabə Ələsgərliyə qadağan etmisiniz" sualına belə cavab verib:

"Adlarını çəkdiklərinizin heç biri ilə rəsmi qadağamız yoxdur, amma oxumalarını istəmirəm. Müəyyən incikliklərim olur. Əgər həmin müğənnilərin ifasında mahnımı eşitmək istəmirəmsə, onu başqasına verəcəm. Müğənni bəstəkara yaradıcılıq gecəsində, təşkil etdiyi konsertdə lazımdır. Mənim yaradıcılıq gecəmdə onların gəlib oxuması lazım idi. Gəlmirsə, mahnıma başqa ifaçı tapmalıyam ki, təqdim etsin. Onlar da hiss edir ki, istəmirəm oxusunlar".

A.Səmədzadə hər ifaçıya mahnı vermədiyini deyib:

"Səsi olmayan, səhnədə özünü aparmaq qabiliyyəti olmayan insanlarla çalışrıam işləməyim. Azərbaycan dinləyicisinə, onun qulağına və mahnıya heyfim gəlir. Hər pis mahnı ilə tamaşaçıya ağır enerji ötürürük. Dua edirəm ki, Allah heç vaxt yaxşı bəstəkarı müğənniyə möhtac eləməsin".

Bəstəkar ifaçıların efirdə davranışını qınayıb:

"Müğənnilərin bəstəkara münasibətinə heyrət edirəm. Onlar efirdə aldıqları evlə, maşınla, pulla, əşyalarla bir-birinə acıq verirlər. Şöhrətin pik nöqtəsini əşyalar almaqda görürlər. Yaradıcıqlarına sərf etdikləri maliyyə az olur. Müəyyən mərhələyə çatırlar və orada dayanırlar".

Xəbər lenti