Çoxdandır şou-biznes aləmində gözə görünməyən müğənni Ülvi Qılınc sükutu pozub.
Mynews.az xəbər verir ki. Yenicag.az-a açıqlama verən sənətçi kişi və xanım həmkarlarını yıxıb-sürüyüb:
“Mənə deyirlər ki, niyə gündəmdə yoxsan? Cavab verirəm ki, gündəmdə olmaq üçün bambılılıq etmək lazımdır. Bunu da heç vaxt özümə yaraşdırmaram. İndi bambılılar dəbdədir. Həqiqi musiqi yoxa cıxıb, “zibilqarışdaranlar” üçgünlük-beşgünlük mahnılarla meydan sulayır. Utanıb-qızarmadan sənətkarlarımızın musiqilərini oxuyaraq, pis hala salırlar. Adama deyərlər sizə kim ixtiyar verib ki, İlhamə Quliyeva və digər sənətkarların musiqilərini götürüb, öz bildiyiniz formada oxuyasınız? Xanım müğənnilərə baxırsan soyunub, bədənini çöldə qoyub, bədən də büsbütün silikon, sellülütdən ibarətdir. Üzünü o qədər dartdırıb ki, göbəyi çənəsinin altına qədər çıxıb. Dodaqlarını şişirdib, burnunu kəsdirib, hamısı “inkubator” kimi bir-birinə bənzəyir. Mən hətta bəzən tədbirlərdə, məclislərdə onları bir-birindən ayıra bilmirəm. Kişi müğənnilər də bütün günü efirdə, sosial şəbəkədə ağlaşırlar. Efirə çıxıb deyirlər ki, məni vurdular, yıxılmadım, ayaqdayam. Ayıbdır e, kişi də gündəm naminə özünü o kökə salarmı? Bunlar müğənni deyil, cəmiyyətin beynini kirləndirməklə məşğul olan bambılılardır”.
Sənəti ilə gündəmə gəlməyin tərəfdarı olduğunu deyən müğənni yeni mahnısından da danışıb: “Bu günlərdə “Arzular bitsin” adlı yeni mahnımı lentə aldırdım. Hər kəs xoş sözlər yazdı, bəyəndiklərini dedilər”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub