Yeni nişanlanan müğənni Natavan Həbibi Xəzər TV-də yayımlanan "5-də 5" verilişində qonaq olub.
Mynews.az xəbər verir ki, canlı yayımda müğənninin nişanlısı Səid (reper Dado) ilə əlaqə saxlanılıb.
O, Natavana qarşı hisslərinin çoxdan olduğunu bildirib: "Əslində uzun müddət idi ki, Natavan xanıma simpatyam var idi. Sadəcə ona bildirməkdən utanırdım. Bir müddət keçəndən sonra danışıqlardan özü başa düşdü.
Dadonun bu sözlərindən sonra müğənni özü də utandırdığı bildirib. "Səid bəsdi. Artıq özüm də utandım ( gülür)”
Dado münasibətlərinin gizli saxlama səbəbini də canlı yayımda bildirib. "Şəxsi həyatımız bir az səs küylüdür. Ona görə insanlara bildirməkdən çəkinirdik. Artıq qərara gəldik ki, nişandan sonra özəl günün fotosunu sosial şəbəkədə öz səhifəmizdə paylaşaq. Toy gələn aydır. Böyüklər arasında danışıqlar gedir"
Dado bu izdivaca görə sosial şəbəkədə onu qınayanlara ismarıc göndərib. "Sosial şəbəkədə elə qınıyırlar. Elə bil bəylər Natvan xanımla, xanımlar da mənlə evlənməli idi. Elə qısqanırlar ki, mən də təəcüblənirəm. Bu xəbəri eşidənlərin evində matəmdi. Ancaq hansısa dost tanışımız evlənəndə biz onlara hər zaman dəstək olmuşuq. Onlardan da eyni münasibəti gözləyirik”
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub