Bu gün gündəmi zəbt edən xalq artisti Məleykə Əsədova ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov münasibətində maraqlı faktlar gözdən qaçmaya bilməzdi.
Aydın Bəşirov tərəfindən ev hədiyyə aldığı deyilən Məleykə Əsədovanın etirazında maraqlı təzad var:
"1988-ci ildə “Baksovet”də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pula almışam. Bir mənzildə (“uplotneniye”) iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradici insan kimi o evi mənə verdilər. O evi də satıb, indiki evimi tikmişəm".
Açıqlamadan belə məlum olur ki, xalq artisti cəmi 36 kv metrlik evi sataraq hələ 90-cı illərin sonunda Fəhlə prospektində yerləşən möhtəşəm həyət evini tikdirib.
ARB TV-nin "Evgördü" verilişi üçün öz evinin qapılarını açan xalq artistinin dəbdədbəli evini BiG.AZ olaraq sizə də təqdim edirik.
Bu evin qiymətini dəyərləndirməyi oxucuların öhdəsinə buraxırıq: