"Xəzər TV"də yayımlanan "Oyan Azərbaycan" verilişinin aparıcısı Firuzə Cəlilovanın həmkarı Sima Çələbəni döyməsi haqda xəbər yayımlanıb.
AZXEBER.COM məsələ ilə bağlı Firuzə Cəlilova ilə əlaqə saxlayıb. O yayılan xəbəri təkzib edib və deyib ki, heç kimi döyməyib: "O qız "Oyan Azərbaycan" verilişində cəmi iki dəfə aparıcı olub. Sonra efirə çıxmamaq qərarı gəldi. O zaman qardaşımla evli idi, aralarında heç bir problem yox idi. Aramız da əlbəyaxa söhbətinə gəldik də isə bu yalandır. Elə hal olmayıb. Bu çox cılız şayədir. "Xəzər tv" ailə kanalıdır. Nəinki mən, heç kim orda elə şey edə bilməz.
Firuzə qardaşının Simadan ayrılması haqda da danışıb. O deyib ki, bu onların şəxsi işidir: "İş məhkəmədədir, boşanırlar. Boşanma səbəblərinə gəldikdə isə, o artıq onların şəxsi istəyidir. Bu məsələyə heç kim qarışa bilməz. İki şüurlu insanın qəbul etdiyi qərardır. Allah hər ikisin ayri-ayrılıqda xoşbəxt etsin.”
Qeyd edək ki, aparıcı Sima Cələbi həmkarı Firuzə Cəlilovanın qardaşı Emillə keçən ilin iyun ayın da evlənib. Onların boşanması ilə bağlı xəbəri isə big.az saytı yayımlayıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub