USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Min dəfə ona demişəm ki, böyük söz danışma" Xalq artisti

18:48 17.01.2017
"Min dəfə ona demişəm ki, böyük söz danışma" Xalq artisti
18:48 17.01.2017
Xalq artisti Aygün Kazımova 2017-ci ildəki planlarından danışıb.
Axşam.az-a açıqlama verən müğənni maraqlı layihələr hazırladığını deyib:
 
"Bu ilin planları ötən ildən hazırdır. İlk növbədə səhnə fəaliyyətimin 30 illiyini qeyd edəcəm. Deyilənə görə, xoruz ili dolça bürcünə hamıdan çox düşərli olacaq. Buna da çox inanıram”.
 
Yanvarın 26-da ad günü olacaq A.Kazımova bu il də ənənəsinə sadiq qalacaq. O bildirib ki, maraqlı bir parti planlaşdırır:
 
"Ənənəmi pozmayacam. Ad günümü təmtəraqlı keçirməyi düşünürəm. Sənət dostlarım, media nümayəndələri - hamı orda olacaq. Maraqlı keçməsi üçün proqram da hazırlayıram”.
 
Hər zaman ad günündə imicini dəyişən müğənni yeni obrazda görünəcəyini söyləyib:
 
"Bizim özümümüzün möhtəşəm stilistlərimiz var: Ruxa, Telman, Fuad, Zahid, Anar, Elnur Həsənov, Nigar İbrahimova, Qusik. Bu ad günümdə də böyük, ölkəmin birnömrəli stilistlərinə müraciət etmişəm. Fuad, Ruxa, Zahid və Telmanla çalışacam. Onlarla işləmək rahatdır, öz ideyaları var, oğurluq etmirlər. Stilistin öz ideyası, zövqü olmalıdır. Bunlar da elələrindəndir. Bir dünya ulduzunun şəklini götürüb, eynisini tikdirib geyinmək, kiminsə əməyini oğurlamaq nə qədər doğrudur?".
 
A.Kazımova "Anar Ağakişiyev sizin haqqınızda gözəl göründüyünüzü, öz tərziniz olduğunu, amma geyimlərinizdə son vaxtlar partlayış etmədiyinizi deyib. Bu fikirlə razısınız” sualına belə cavab verib:
 
"Anar Ağakişiyev də yaxşı stilistdir, amma çox danışır. Həmişə də dilinin üstündə böyük problemlərlə üzləşir. Anar makiyajdan çox qrim edir. Hamı başını salıb aşağı işini görür, Anar ona-buna söz atır. Min dəfə ona demişəm ki, böyük loxma ye, amma böyük söz danışma. Xeyri yoxdur”.

 


Xəbər lenti

300x200r