58 yaşlı amerikalı müğənni Madonna Portuqaliyanın paytaxtı Lissabonda dəbdəbəli malikanə alıb.
BiG.AZ xəbər verir ki, ifaçının ABŞ-ı tərk edərək Portuqaliyaya yollanmasının iki səbəbi var.
Onlardan biri Madonnanın övladlığa götürdüyü 12 yaşlı Devid , ikincisi isə 31 yaşlı model sevgilisi Kevin Sampayodur.
18-ci əsrdə tikilmiş malikanə üçün 6 milyon avro ödəyib. Təpə yamacındakı bu malikanə "Benfica" klubunun yeniyetmələrdən ibarət komandasının təlim-məşq bazasının yaxınlığındadır.
Madonnanın övladlığa götürdüyü 12 yaşlı Davidə futbolçu istedadı olduğundan, üstəlik o, "Benfica"da oynamaq istədiyindən müğənni məhz bu malikanəni satın alıb.
Bundan başqa, 58 yaşlı Madonnanın yeni sevgilisi, 31 yaşlı Kevin Sampayo da bu malikanəyə köçüb.
Madonna əvvəlki sevgilisi, 26 yaşlı Abubakr Sumahoro ilə bütün əlaqələri kəsib.








1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub