Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı, videobloggerAysel Şükürova “Lider TV”-də aparıcılıq edəcək.
Mynews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Qızlar, çalışın, həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən, nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara, mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən bloggerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Səhifəmi bağladım. Sonra yenidən açdım. Amma səhifəni indi minlərlə xanım izləyir.
Bundan sonra “Lider TV”-də aparıcı kimi özümü sınayacağam. Daha böyük planlarım var, inşallah, bilirəm ki, o da olacaq”.
Xatırladaq ki, Aysel Şükürova toyuna 400 min xərclənməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.
oxu.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub