Xəbər verdiyimiz kimi, iyunun 17-də Bakıda “Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.
Mynews.az-ın Milli.Az-a istinadla məlumatına görə, finala vəsiqə qazanan 17 qız və 17 oğlan iştirakçı birincilik uğrunda mübarizə aparıb. Sonda qaliblər Raziyyat Əliyeva (“Miss Azerbaijan – 2017”) və Əli Hüseynov(“Mister Azerbaijan – 2017”) olub.
Müsabiqədə “Miss Baku” tituluna isə 15 yaşlı Arzu Hüseynzadə layiq görülüb. Yarışma ilə bağlı fikirlərini bildirən Arzu qeyd edib ki, bu sahədə özünü sınamaq istəyi çoxdan yaranıb:
“Ağlım kəsəndən özümü bu sahədə görmək istəmişəm. Arzuma çatmaq üçün yarışmaya qatıldım. Çox çətin idi, çünki güclü rəqiblərim vardı. Bütün gücümlə çalışdım ki, mənə güvənən insanların inamını sarsıtmayım. Həyəcanlı idim. Bu da məsuliyyət hissindən doğurdu. Məndə qorxu yoxdur. Qorxmaq zəiflərə məxsus xüsusiyyətdir”.
Gənc modelin sözlərinə görə, modellik barədə xüsusi dərslər alır:
“İnternet vasitəsilə bilgimi çoxaltmağa çalışıram. Bacardığım qədər bu işin peşəkarı olmaq istəyirəm. Çox istərdim ki, modellik bizdə də Avropadakı kimi inkişaf etsin və insanlar model sahəsinə daha təbii yanaşsınlar. Standartlardan bir az uzaq olub, öz stillərini yaratsınlar”.
Qeyd edək ki, Arzu modelliklə yanaşı musiqi ilə də məşğuldur. O, Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil alır.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub