Tanınmış aktrisa, əməkdar artist Lətifə Əliyeva tamaşaçılarından uzaq düşüb.
Aktrisa uzun müddətdir nə efirlərə çıxır, nə də ki, mətbuata müsahibələr verir. Milli.Az Lətifə xanımla əlaqə saxlayıb. Aktrisa saytımıza açıqlamasında tamaşaçı sevgisinin onu bəzi anlarda xilas etdiyini vurğulayıb.
"Düşünmürəm küçədə gedəndə məni neçə adam tanıyır, neçə adam yox. Amma onu bilirəm ki, "Bəyin oğurlanması" filmindəki roluma görə sevənlərim çoxdur. Hər dəfə film efirə gedəndə mənə zənglər gəlməyə başlayır. Küçədə gəzəndə mənə maraqla baxırlar, yaxınlaşıb ünsiyyət saxlamaq istəyirlər. Özümə də qəribə gəlir ki, yəni mən unudulmamışam? Tamaşaçılar elə anlarda qolumdan tutublar ki, artıq məhvə doğru gedirdim (kövrəlir). Bir də görürdüm ki, məni qucaqlayıblar ki, "qurban olum, sən filan artistsən?" İnsanın problemi olanda heç evdən də çölə çıxmaq istəmir. Ona görə də efirlərə çıxmaq istəmirəm, artıq taleyimlə barışmışam", - deyə aktrisa bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub