Tanınmış rejissor Kənan M.M-in çəkildiyi kolbasa reklamı sosial şəbəkələrdə xeyli müzakirə olunub.
Mynews.az teleqraf.com-a istinadən xəbər verir ki, rejissorun yaratdığı obrazın qeyri-etik hərəkətlərini insanlar tənqid etməyə başlayıblar.
İlk kadrda yolun kənarında duran qadın görürük. Yolun həmin hissəsində piyada keçidi olmadığı halda qəhrəman (Kənan MM) yaşlı qadının qolundan tutaraq, piyada keçidi olmayan yerdən, təhlükəli şəkildə yolu keçirir.
Daha sonra avtobusda yetərincə boş oturacaqlar olsa da, qəhrəman qalxaraq öz yerini içəri daxil olan qadına verir. Bu jest də tamaşaçıda ikrah oyadır.
Sonra isə Kənan MM-in yaratdığı obraz şahmat oynayan yaşlı şəxslərin oyununa müdaxilə edir. Oyunçulardan birinin gözündən yayınan gedişi edərək, qarşıda oturanı mat qoyur. Hətta bu zaman diqqətli şahmat biliciləri Kənanın etdiyi bu gedişin də düzgün olmadığını görə bilər.
Sonda qəhrəmanın qabağına soyulmadan gətirilən kolbasa dilimləri isə bu hərəkətlərə qarşılıq möhürünü vurur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub